23.12.2024, 09:37
AZ EN
06.07.2022, 18:00 473

Dövlət Agentliyi: "600-dan çox internat məzununa mənzillər verilib"

XƏBƏRLƏR
  • Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş internat məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması qanunvericiliyə uyğun həyata keçirilir.

​​​​​​​Bir neçə il əvvəl Abşeron rayonunda 3 yaşayış binasından ibarət mühüm sosial layihə - “Məzun evi” sosial xidmət müəssisəsi layihəsi həyata keçirilib ki, bu mənzillər də internat məzunlarına təqdim edilib.

Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, Agentlik “Məzun evi”ndə 360-dan çox mənzili məhz internat məzunlarına təqdim edib.

2021-ci ildən də bu tədbirlər davam etdirilib. Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərə mənzillər təqdim edir. Bu müddət ərzində Abşeron rayonundakı yaşayış kompleksində 200-dən çox, ümumilikdə isə 600-dan çox internat məzununa mənzillər təqdim edilib və bu proses hazırda da davam etdirilir. Bu isə öz növbəsində dövlətimizin bu kateqoriyadan olan vətəndaşlarımıza qayğısının bariz nümunəsidir. (Report)

Oxşar xəbərlər