Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Zaur İsmayılov bugün Əsgəranda jurnalistlərə açıqlamasında deyib.
"Deqlaryan Rəşid Ramayisi Xocalıda Ağdama doğru hərəkət edən dinc sakinlər Əsgəran qalası yaxınlığında qətlə yetirilib və bu ərazidə basdırılıb. Bununla əlaqədar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən ötən ilin oktyabr-noyabr aylarında başladılan axtarış-qazıntı işləri əlverişsiz hava şəraitinə görə dayandırılıb.
Bu ilin fevral ayından etibarən qaızntı işləri davam etdirilir. Nəticədə ərazidə Xocalı sakinlərinə aid olması ehtimal edilən məzarlıq tapılıb. Burada azı 8 nəfərin cəsədinin qalıqları aşkar olunub. Bundan sonra da davam etdiriləcək axtarış işləri çərçivəsində bu rəqəmin artacağı istisna olunmur", - deyə Z.İmsayılov əlavə edib.
Qeyd edək ki, bugün sözgedən əraziyə ictimaiyyət nümayəndələri, yerli və xarici media mənsubları dəvət olunub. (Trend)