ANAMA-dan verilən məlumata görə, maarifləndirmə proqramı çərçivəsində şagirdlərə mina təhlükəsinin izahı, müxtəlif növ hərbi sursat və minaların vizual olaraq tanınması, onların vurduğu ziyan, tanımadıqları ərazilərdə davranış qaydaları, eləcə də mina xəbərdaredici işarələrin göstəriciləri barədə məlumat verilib. Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar əks olunan broşurlar paylanılıb.
Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə biliklərinə yiyələnən şagirdlər təlim zamanı əldə etdikləri bilikləri öz həmyaşıdları və yaxınları ilə bölüşərək, maarifləndirmə təbliğatına dəstək olacaq, mina hadisələrinin qarşısının alınmasında öz töhfələrini verəcəklər. (AZƏRTAC)