"Vətən səsi" xəbər verir ki, bunu “secki-2024.az” saytına açıqlamasında 97 saylı Tərtər-Naftalan-Goranboy dairə seçki komissiyasının (DSK) sədri Həmid Mehdiyev bildirib.
O vurğulayıb ki, dairə üzrə ümumilikdə 59 məntəqə fəaliyyət göstərir, onlardan 11-də veb-kameralar quraşdırılıb: “Yanvar ayının 31-nə kimi seçicilərə bildirişlərin göndərilməsi təmin edilib. Mərkəzi Seçki Komissiyasından bülletenləri də götürmüşük, fevral ayının 3-də qanunvericiliyə uyğun olaraq məntəqələrə çatdırılması təmin ediləcək. Bir sözlə, məntəqələrin hamısında seçkilərə hazırlıq prosesini yekunlaşdırmışıq. Bütün məntəqələr, o cümlədən işğaldan azad edilmiş Ağdərə və Suqovuşandakı məntəqələr seçki gününü gözləyir”.
S.Süleymanova