03.05.2025, 23:00
AZ EN
01.02.2024, 13:00 376

Bu gün gənc şəhid Zaur Əsədzadənin doğum günüdür

XƏBƏRLƏR
  • Zaurun atası deyir ki, müharibədə iki oğlum iştirak edib. Zaur şəhadətə ucalıb. Düzdü, bu valideyn üçün böyük itkidi. Amma bizim yeganə təsəllimiz övladımızın, Vətən, Qarabağ, haqq uğrunda şəhid olmasıdır.  

Bu gün Şanlı Zəfər tariximizə adını qanıyla yazan igid oğullarımızdan olan igid əsgər, Vətən müharibəsinin qəhrəman şəhidi Zaur Teyyub oğlu Əsədzadənin doğum günüdür. O, 2002-ci il fevralın 1-də Beyləqan rayonunda anadan olub. 2008-2019-cu illərdə Beyləqan şəhər Təbiət və Humanitar fənlər təmayüllü liseydə orta təhsil alıb. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb.

Azərbaycan Ordusunun əsgəri olan Zaur Əsədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşlərə qatılıb. Zaur Əsədzadə oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla doğma Beyləqanda torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Zaur Əsədzadə ölümündən sonra "Vətən uğrunda", ''Suqovuşanın azad olunmasına görə '', "Vətən müharibəsi iştirakcısı" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Zaur balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər