22.11.2024, 22:06
AZ EN
31.01.2024, 22:27 118

Ekofəallar Cənubi Qafqaz üçün ekoloji ədalət tələb edir

XƏBƏRLƏR
  • Bu il Bakıda keçiriləcək Cop29 Samitinə qonşu Ermənistan nə qədər hazırdır?

Nəzərə alınmalıdır ki, illərlə Azərbaycan torpaqlarına ekoloji ziyan vuran bu ölkə risq ocağı sayılan mədən sənayesi şirkətlərinin qapılarını beynəlxalq ekspertlər üçün açmaq məcburiyyətindədir. Ekofəallar deyir ki, Ermənistanın Amulsar, qızıl mədəni region üçün ciddi ekoloji risq yaradır.

Qarşıdan gələn Cop29 Sammitinin Cənubi Qafqazda keçirilməsini nəzərə alaraq, Ermənistan ətraf mühiti daha çox qorumalı, qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Ekofəallar hesab edir ki, Ermənistan hökuməti və mədən sənayesi şirkətləri beynəlxalq ekspertlər üçün öz qapılarını açmalı, bu müəssisənin fəaliyyətinin yoxlanılmasına şərait yaratmalıdır.

Amerikalı ekofəal, Mert Qarnet:

-Bu gün biz Ermənistan respublikasının Cənubi Qafqazda məsuliyyətsiz və laqeyd əməllərinə görə dərin narahatlığımızı ifadə edirik. Məsələn, Qarabağın qanunsuz işğalı dövründə Ermənistan Azərbaycanın  digər ərazilərinə axan çaylarını çirkləndirib. Biz Ermənistan hökumətini və Ermənistanın  mədən sənayesində fəaliyyət göstərən özəl şirkətlərini öz qapılarını ekologiya, səhiyyə sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlərin, həmçinin qonşu ölkələrin QHT-lərin üzünə açmağa, onların bu müəssisələrin yoxlanmasına, qiymətləndirmə və monitorinq aparmasına müvafiq addımlar atmasına, nümunələr götürməsinə imkan yaratmasına çağrırıq.

Ekofəallar vurğulayıb ki, Ermənisranın Amulsar qızıl mədənindəki qanunsuz mədən fəaliyyətləri bütün Qafqaz regionu üçün ciddi risqlər yaradır.

Ekofəal Məryəm Daneş:

-Amulsar mədən fəaliyyəti ekosistemə nəzərə çarpan radioaktiv və zəhərli maddələrlə çirklənmə risqi törədir. Amulsar qızıl mədənindəki qanunsuz fəaliyyətlərin Cənubi Qafqazdakı su mənbələri, təbii bulaqlar, çaylar və göllər üzərində çox pis təsirləri var. Bu, regionda yaşayan insanlar üçün zərərlidir. Bizim hamilələri zəhərli və radioaktiv maddələrdən qorumağımız çox vacibdir.

Qeyd edək ki, dünyanın 22 ölkəsindən 49 qeyri-hökumət təşkilatı və ekofəal Ermənistanın dağ mədən sınayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb. Onlar Cənubi Qafqaz üçün ekoloji ədalət tələb edir. 

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər