23.11.2024, 06:24
AZ EN
31.01.2024, 12:29 276

Mənsum İbrahimov: “Seçkidə vətəndaşlarımız Azərbaycanın gələcəyinə, güclü Azərbaycana səs verəcək”

XƏBƏRLƏR
  • “Fevralın 7-də vətəndaşlarımız Azərbaycanın gələcəyinə, güclü Azərbaycana səs verəcək”.

"Vətən səsi" xəbər verir ki, bu sözləri görkəmli muğam ifaçısı, Xalq artisti, professor Mənsum İbrahimov Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı “secki-2024.az” saytına açıqlamasında söyləyib.

Xanəndə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından qürur hissi keçirdiyini vurğulayıb: “Gələn ayın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri xalqımız üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, biz 30 il idi öz tarixi, dədə-baba torpaqlarımıza həsrət qalmışdıq, lakin builki prezident seçkilərinə bütöv Azərbaycan kimi gedirik, çünki işğaldan azad olunmuş Qarabağımızda da səsvermə keçiriləcək. Bununla da ölkəmizin hər bir ərazisində seçkilər baş tutacaq və bu yaddaqalan, əlamətdar hadisə olacaq”.

Tanınmış muğam ifaçısı Qarabağ torpağında doğulmuş bir insan, uzun illər doğma el-obasının həsrətini çəkən şəxs kimi deyib ki, bu seçkilərin keçirilməsi olduqca qürurvericidir: “Allaha şükürlər olsun ki, artıq bu gün Qarabağın hər bir guşəsində Azərbaycanımızın müqəddəs, üçrəngli bayrağı dalğalanır. Əlbəttə ki, bu, güclü siyasətin və müzəffər ordumuzun qüdrəti, igid şəhidlərimizin, qazilərimizin sayəsində əldə olunub. Biz müstəqillik tariximizdə ilk dəfə olaraq qalib xalq kimi zəfər seçkilərinə gedəcəyik”.

O, əmindir ki, vətəndaşlar Azərbaycanın gələcəyinə, güclü Azərbaycana səs verəcək. “Necə ki, bir yumruq kimi birləşib torpağımızı işğaldan azad etdik və bu gün də biz yumruq kimi birləşib həmin azad olunmuş əraziləri qurub tikməli, orada məskunlaşmalıyıq, əbədi yaşamalıyıq və Qarabağın əvvəlki şöhrətini həmin dövrdəkindən daha artıq formada özünə qaytarmalıyıq. Bunun üçün Azərbaycanın potensial qüvvəsi, imkanları, güclu dövləti və xalqı var.

“Mən inanıram ki, xalqımız mütəşəkkil şəkildə, vətəndaşlarımızın hər biri fəal olaraq layiqli namizədinə səs verəcək. Mənim üçün də bu seçkilər olduqca əhəmiyyətlidir. İnanıram ki, bu il ölkəmiz üçün uğurlu olacaq, dövlətmizin möhkəmlənməsi, Qarabağın çiçəklənməsi, orada quruculuq işlərinin görülməsi, ölkəmizin iqtisadi inkişafı üçün böyük işlər həyata keçiriləcək” - deyə, muğam ifaçısı vurğulayıb.

S.Süleymanova

Oxşar xəbərlər