Bu sözləri Füzuliyə geri qayıdan keçmiş məcburi köçkün İldırım Hüseynov deyib.
“Nəhayət, uzun illərin həsrəti bitir. Füzulini yenidən qurub-yaradacağıq, əvvəlkindən daha gözəl, abad vəziyyətə gətirəcəyik”, - deyə keçmiş məcburi köçkün qeyd edib.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Füzuli sakini doğma yurduna qayıtdığına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya da minnətdarlığını bildirib. (AZƏRTAC)