Rayon rəhbəri Cəbrayıl sakinlərini ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu, əldə edilən yüksək nailiyyətlər və ölkəmizdə həyata keçirilən çoxsaylı qlobal layihələrin uğurlu icrası barədə məlumatlandırıb. İşğaldan azad olunmuş ərazilərdə quruculuq-abadlıq sahəsində görülən işlərdən danışaraq qarşıda duran vəzifələr barədə məlumat verib.
İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. Görüşdə çıxış edən sakinlər işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Hazırladı: Mina RƏŞİD