22.11.2024, 21:05
AZ EN
22.01.2024, 11:14 286

Seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xocalı sakinləri ilə görüş keçirilib

XƏBƏRLƏR
  • 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xocalı rayon Mədəniyyət Evində Xocalı rayonundan olan şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

Görüşdə əvvəlcə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, təşviqat qrupunun üzvü Aqil Məmmədov, şəhid atası Kamran Nəsirov, Vətən müharibəsi qazisi İmran Rəcəbov çıxışlarında bildiriblər ki, ötən 20 ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev ölkəmizi zəfərlərdən-zəfərlərə qovuşdurub.
Natiqlər bildiriblər ki, həmişə olduğu kimi, xalqımız bu dəfə də düzgün seçim edərək, dövlətimizin təhlükəsizliyinə, iqtisadi qüdrətinin ilbəil möhkəmlənməsinə təminatçısı olan cənab İlham Əliyevə səs verəcəklər.
Görüşdə iştirak edən seçicilər ölkəmizin inkişafının davamlı olması naminə 7 fevral prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər