23.12.2024, 16:41
AZ EN
30.06.2022, 09:00 464

Ermənistan mətbuatı Azərbaycanın azad olunmuş ərazilərdəki işlərdən yazır

XƏBƏRLƏR
  • “44 günlük müharibənin nəticəsi olaraq Azərbaycanın nəzarətinə keçən ərazilərdə nəhəng tikinti-quruculuq işləri aparılır”.

Bu sözlər Ermənistanda nəşr olunan müstəqil “Hraparak” qəzetində işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinə həsr edilmiş “Azərbaycan öz nəzarətində olan rayonlarda məskunlaşmadırma aparmır” sərlövhəli yazıda yer alıb.

Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində orada aparılan geniş miqyaslı işlər barədə oxucularına məlumat verən qəzet yazır: “Demək olar ki, hər yerdə, o cümlədən Hadrutda, Şuşada fəal tikinti işləri aparılır: yollar çəkilir, Füzulidə hava limanı fəaliyyət göstərir”.

Laçın rayonunda növbəti beynəlxalq aeroportun tikintisinin aparıldığını xəbər verən nəşr aparılan bərpa-quruculuq işlərinin yeni hərbi hissə və birliklərin yaradılması fonunda baş verdiyini qeyd edir. Bildirilir ki, Prezident İlham Əliyev, ilk növbədə, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası məsələsi ilə məşğuldur. Qəzet yazır ki, bu məsələlərin həllindən sonra rayonların məskunlaşdırılmasına başlanılacaq. Xatırladaq ki, sözügedən nəşrin baş redaktoru Armine Ohanyan Ermənistan parlamentinin sərdi Alen Simonyanın qaynanasıdır.

Nəsib QARAMANLI

Oxşar xəbərlər