02.08.2025, 04:55
AZ EN
18.01.2024, 07:08 339

Füzuli sakini: “Sevincimin həddi-hüdudu yoxdur”

XƏBƏRLƏR
  • “Sevincimin həddi-hüdudu yoxdur”.

Bunu keçmiş məcburi sakin, Füzuli sakini Mübariz Məmmədov jurnalistlərə deyib.

“Otuz bir il sonra doğma yurdumuza qayıdırıq. Allah cənab Prezidentimiz İlham Əliyevin canını sağ eləsin! Minnətdarıq ki, bu hissi bizə yaşatdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”, - M.Məmmədov əlavə edib.

“Mən Füzuli rayonunda yaşayırdım. Təəssüf ki, müharibə zamanı doğma yurdumu tərk etməli oldum. Rəngsazam, gedib işimi orda davam etdirəcəyəm. Orda inşa edilən yeni evləri gördük, çox gözəl tikilib. Prezidentimizə minnətdaram ki, bu sevinc hislərini bizə yaşadır.

Füzulini ata-anamla tərk etmişdim. Amma onların hər ikisini itirdim. İndi Füzuliyə ailəmlə qayıdıram”, - Füzuli sakini qeyd edib. (Report)

Oxşar xəbərlər