22.09.2024, 02:47
AZ EN
15.01.2024, 17:28 179

Ağdam şəhərində ikinci yaşayış massivi salınır: 60 binada 1268 mənzil olacaq

XƏBƏRLƏR

Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti Ağdam rayonunda yeni yaşayış məhəllələri və binaların tikintisi ilə bağlı böyük tenderlər elan edib.

"Vətən səsi" xəbər verir ki, tender elanlarında ümumilikdə 1268 yeni mənzili əhatə edən 60 çoxmərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulur. Binalar 3, 4, 5, 6, 7 mərtəbəli olacaq. Həmin binalarda 2, 3, 4 və 5 otaqlı mənzillərin tikintisi planlaşdırılır.

Bunlar aşağıdakılardır:

- Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 6-cı məhəllə üzrə 126 mənzildən ibarət 6 binanın tikintisi;
- Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 11-ci məhəllə üzrə 148 mənzildən ibarət 7 binanın tikintisi;
- Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 9-cu məhəllə üzrə 144 mənzildən ibarət 7 binanın tikintisi;
-Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 7-ci məhəllə üzrə 104 mənzildən ibarət 5 binanın tikintisi;
- Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 3- cü məhəllə üzrə 92 mənzildən ibarət 4 binanın tikintisi;
- Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 5-ci məhəllə üzrə 102 mənzildən ibarət 5 binanın tikintisi;
- Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 4-cü məhəllə üzrə 126 mənzildən ibarət 6 binanın tikintisi;
- Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 8-ci məhəllə üzrə 102 mənzildən ibarət 5 binanın tikintisi;
- Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 10-cu məhəllə üzrə 120 mənzildən ibarət 6 ədəd yaşayış binanın tikintisi;
- Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 2-ci məhəllə üzrə 92 mənzildən ibarət 4 binanın tikintisi;
- Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 1-ci məhəllə üzrə 112 mənzildən ibarət 5 binanın tikintisi.

Elxan SALAHOV

Oxşar xəbərlər