Ədalət Verdiyev yazır:
"Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında Ermənistanın baş naziri N.Paşinyanın “Sülh kəsişməsi” və ya “erməni qovşağı” layihəsini tamamilə sıfırladı. İrəvan Mehridən keçən Zəngəzur dəhlizini açmayana, bu dəhlizdən Naxçıvana vətəndaşlarımızın və yüklərimizin maneəsiz (yoxlanmadan) daşınmasına imzalı zəmanət verməyənə qədər Ermənistan dərin dalanda, həm də "şpaqat" vəziyyətində qalmaqda davam edəcək.
2024-cü ildə Ermənistan sözdən əmələ keçməlidir, sülh sazişi barədə yekun qərar verməlidir, zaman uzatma prosesinə birdəfəlik son qoymalıdır. Zəngəzur dəhlizi və sərhədlərin delimitasiyası barədə məğlub İrəvan üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməlidir ki, bu fəaliyyətləri Azərbaycan birtərəfli qaydada həyata keçirməli olmasın.
Azərbaycan tarixi ədalətə və ərazidəki real vəziyyəti özündə əks etdirən sülhə hazırdır, amma bu təklif əbədi deyil, yalnız məhdud və məntiqə uyğun müddət çərçivəsində aktualdır.
Tahirə AĞAMİRZƏ