19.10.2024, 14:28
AZ EN
15.01.2024, 10:00 330

Vətən müharibəsinin həkim qəhrəmanı

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəmanlarından olan hərbi həkim, gizir Cəmil Oqtay oğlu Səlimovun doğum günüdür. O, 1991-ci il yanvarın 15-də Xəzər rayonunun Binə qəsəbəsində anadan olub.

2008-ci ildə tam orta məktəbi, 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi Tibb məktəbini bitirib. Gizir Cəmil Səlimov motoatıcı taborun qərargah bölüyünün tibb məntəqəsinin feldşeri, motoatıcı taborun tibb məntəqəsinin feldşeri, hərbi hissənin tibb məntəqəsinin feldşeri vəzifələrində xidmət edib.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində döyüş əməliyyatları zamanı yaralılara ilk tibbi yardım göstərilməsi və onların təxliyə edilməsində Cəmil Səlimovun xüsusi xidməti olub.
Qəhrəman həkim 2020-ci il sentyabrın 29-da Goranboy istiqamətində gedən döyüşlərdə hərbi əməliyyatlar nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Sağlığında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi, "Azərbaycan Ordusunun 100 illiyi, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla, ölümündən sonra isə ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimiz böyük izdihamla Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub. 

Qeyd edək ki, “Yarımçıq qalmış ömür” kitabı qəhrəman həkim Cəmil Səlimovun həyat və müharibədə keçdiyi yoldan bəhs edir.

Cənnətdəki doğum günün mübarək, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər