24.04.2025, 09:45
AZ EN
12.01.2024, 10:51 365

Paşinyan və komandası anlayıb ki, sülh sazişinin imzalanmasını gecikdirmək olmaz

XƏBƏRLƏR
  • "Prezident İlham Əliyevin geniş müsahibəsi Ermənistanda da geniş müzakirə edilir, Azərbaycan dövlət başçısının mesajlarının mahiyyətini anlamağa çalışırlar".

Bunu politoloq Elxan Şahinoğlu açıqlamasında ifadə edib. Politoloq bildirib ki, Ermənistanın radikal müxalifəti ilə hər şey aydındır, Azərbaycanla sülhü məğlubiyyətin rəsmiləşdirilməsi kimi qiymətləndirir, taqətdən düşən erməni cəmiyyətini hədəfləri özləri üçün də təhlükəli olan “mübarizəyə” səsləyirlər: "Radikallardan fərqli olaraq Ermənistanın hakim partiyasının üzvləri, o cümlədən deputatları İlham Əliyevin vasitəçilər olmadan birbaşa danışıqların davamı təklifinə müsbət yanaşıblar. Halbuki, Ermənistanın hakim partiyasının üzvləri və elə baş nazir Nikol Paşinyanın özü təminatçı dövlətlərin vacibliyindən danışırdılar. Onlar eyni zamanda vasitəçilərlə bağlı gərəksiz inadkarlğın gecikməyə səbəb olacağını da anlamağa başlayıblar. Deməli, Paşinyan və onun komandası sülh sazişinin imzalanması naminə İlham Əliyevin “təminatçılara ehtiyac yoxdur” tezisini qəbul edə bilər. İlham Əliyevin ritorikasından anlayıblar ki, sülh sazişinin imzalanmasını gecikdirmək olmaz, Ermənistana Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması lazımdır"',- deyə siyasi şərhçi vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər