19.04.2025, 12:17
AZ EN
07.01.2024, 12:15 353

Dədə Şəmşir yaradıcılığında Naxçıvan sevgisi

XƏBƏRLƏR
  • 2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olacaq.

Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğunu nəzərə alan Prezident İlham Əliyev bu günlərdə 100 illik yubileyin geniş şəkildə qeyd olunması üçün sərəncam imzalayıb.

Azərbaycan tarixində özünəməxsus rolu olan Naxçıvan diyarı əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə dövlətçiliyin, mədəniyyətin və elmin tərəqqisinə töhfələr verib.

Müvafiq dövlət qurumları sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcəklər.

Qeyd edək ki, Naxçıvan mövzusu həmişə ədədbiyyat və mədəniyyət xadimlərinin yaradıcılığında mühüm yer tutub.

Bu mövzuya müraciət etmiş görkəmli şəxslərdən biri də XX əsrdə Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətlər göstərmiş Aşıq Şəmşir olub.

Aşıq Şəmşir yaradıcılığının ana xəttini vətən və torpaq sevgisi, doğma yurda, elə, obaya dərin məhəbbət hissləri tutur.

Dədə Şəmşirin yaradıcılığı çoxşaxəlidir, onun qoşma, təcnis, gəraylı, bayatıı, rübai, qəzəl və müxəmməsləri xalq yaradıcılığı üstündə köklənib.

Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev də Dədə Şəmşirin sənətini yüksək qiymətləndirmişdi.

“Qədim köklərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır”, -deyə Heydər Əliyev vaxtilə Dədə Şəmşirin yubiley tədbirlərinin birində söyləmişdi.

Böyük söz adamı Dədə Şəmşir təkcə ustad aşıq kimi yox, həm də bir şair kimi sevilmiş, məşhurlaşmışdı.

Onun yazdığı poeziya inciləri xalqın əsl mənəvi sərvətinə çevrilib, dillər əzbəri olmuşdur.

Ustad sənətkarın qoşduğu mahnılar və yazdığı şeirlər bu gün də xalqımız tərəfindən sevə-sevə dinlənilir.

Dədə Şəmşirin yaradıcılığında Naxçıvan mövzusu hələ 70-ci illərə təsadüf edir. Onun yazdığı “Naxçıvan” şeirində bu qədim diyar Azərbaycanın Günəşinə bənzədilib, əyilməz igidlər yurdu, sözlü-sazlı Vətən torpağı olduğu vurğulanıb, gözəlliklərindən bəhs edilib:

Yüz min tərif desələr də şəninə,

Milyon olsa yenə azdı Naxçıvan.

Görüşünə ziyarətə gəlirəm,

Şeirli, söhbətli, sazlı Naxçıvan.

Dədə Şəmşirin həmin şeirinə bəstələnmiş “Naxçıvan” mahnısı Azərbaycanın Xalq artisti Zaur Rzayevin əvəzolunmaz səsi ilə ifa olunub.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR