21.06.2025, 12:02
AZ EN
12.12.2023, 10:38 543

Baxşeyiş Ələmşahov: “Məktəbin bir otağını muzeyə çevirdim”

XƏBƏRLƏR
  • Baxşeyiş Ələmşahov,  Qərbi Azərbaycanın tarixi, əzəli torpağımız olduğunu sübut edən vaxtilə doğma yurdundan 300-dən çox eksponat gətirib.

O, Baku TV-nin hazırladığı sujetdə bildirib ki,  bu arzuma çatmaq üçün həmişə xüsusi olaraq qarşımda bir məqsəd dayanıb ki, mən böyük bir tarix muzeyi yaradacam:”1981-ci ildə Universiteti bitirdikdən sonra öz rayonumuza, Qafan rayonuna qayıtdım və Qafan şəhərinin özündə 21 saylı Texniki Peşə Məktəbində əmək fəaliyyətinə başladım. Orda tarixi eksponatlar topladım və bu eksponatların sayı yavaş-yavaş çoxaldı. 1984-cü ildə mən iş yerimi dəyişərək Müsəlləm kəndində yerləşən məktəbə göndərildim. Artıq burda şagirdlərimin, kənd camaatının qüvvəsindən istifadə edərək çox böyük sayda eksponatlar topladım. Məktəbin bir otağını tarix muzeyinə çevirdim.

1988-ci il idi, ermənilər bizi doğma yurdumuzdan çıxarmağa çalışırdılar. Bizi məcbur edirlər ki, təcili çıxıb getməlisiniz. Hər an ölüm təhlükəsiylə qarşı-qarşıya idik. Həmin vaxt gecə evimdə fikirləşirəm ki, Ya Rəbbi, bəs mən gedəcəm, mənim bu tarixi yaddaşım, eksponatlarım nə olacaq... Gecənin tam qaranlıqlaşmasını gözləyirdik, ermənilər yollarda maşınlardan atəşlər açırdılar. Bu hazırkı tarixi eksponatları gecə ikən şofer Sərvərlə mən  çox əzab-əziyyətlə yığdıq maşına.  Deməli, 1988-ci ildə deportasiya olunduğumuz vaxt çox çətinliklə Qərbi Azərbaycandan 300-dən çox eksponat gətirdim”.

Baxşeyiş Ələmşahov bildirib ki, öz evimizin bir otağında 2 il bu eksponatlar yığıldı qaldı. İki ildən sonra Sumqayıtda  işlədiyim  12 saylı tam orta məktəbdə foyedə yer verdilər eksponatları orada yerləşdirdim və sonra indiki Tarix Muzeyinə gətirildi.  Mənim həyatımda çox önəmli bir an başladı: “1993-cü ilin dekabr ayında Heydər Əliyev Sumqayıta gəldi. O vaxt muzeyin qarşısında 2 saylı ATS-in  açılışı idi, Türkiyə-Azərbaycan birgə tele-kommunikasiyanın açılışı idi. Ulu Öndərimiz Heydər Əliyevə bu eksponatlarla bağlı 20 dəqiqəlik məlumat verdim. Heydər Əliyev o vaxt mənə dedi ki, ay oğlum, bunu bir qaldır görüm, altında dəmiri, daşı qalırmı? Göyçay daşıdı, dəmir vururlar ki, bunlar taxılı əzsin ki, taxıl tökülsün. Ulu Öndərimiz Heydər Əliyev şəxsən çıxdı bunun üstünə və burda dayandı. Altan Karanoğluna dedi ki, Altan bəy, biz uşaq vaxtı öküzlərə qoşulan bu vəlin üstünə çıxırdıq və bu vəli öküzlər çəkir, biz üstündə öküzləri qovuq, bu isə xırman boyu fırlanırdı. Ulu Öndər Altan Karanoğluna deyir ki, baxın, təkcə insanlar didərgin düşməyib, tarixi eksponatlar da didərgin düşüb”.

      Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər