Bu sözləri noyabrın 23-də Bakıdan Laçın rayonunun Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Kəmalə Əliyeva deyib.
“Zabux kəndi ilə bağlı mənim uşaqlıq xatirələrim hələdə ağlımdadır. Biz hər il milli bayramlarımızı kənd camaatı ilə birgə ocaq başına yığılaraq qeyd edərdik. Arzumdur ki, bu gözəl günü, Böyük Qayıdışı otuz iki ildir gözləyən digər keçmiş məcburi köçkünlər də yaşasınlar”, - deyə Zabux kənd sakini bildirib. (AZƏRTAC)