Bu barədə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Tədbirdə çıxış edənlər şəhid Aqşin Ənvərlinin həyat yolundan danışıb, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əbədi ehtirama layiq olduqlarını vurğulayıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Aqşin Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində hərbi həkim ixtisası üzrə ali təhsil alıb. Xüsusi Təyinatlı Qüvvələrin hərbi həkimi, baş leytenant Aqşin Ənvərli Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Aqşin Ənvərli ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Qəbələ şəhərindəki küçələrdən birinə şəhidin adı verilib. (AZƏRTAC)