20.10.2024, 01:37
AZ EN
18.06.2022, 14:00 155

Ombudsmanın Qarabağ regional mərkəzinin yaradılması nəzərdə tutulur

XƏBƏRLƏR
  • Dörd regionda – Şimalda (Quba, Xızı, Siyəzən, Şabran, Qusar, Xaçmaz rayonları əhatə olunmaqla), Cənubda (Cəlilabad, Neftçala, Salyan, Biləsuvar, Masallı, Yardımlı, Lənkəran, Lerik, Astara rayonları əhatə olunmaqla), Şərqdə (Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları və Mingəçevir şəhəri əhatə olunmaqla) və Qərbdə (Gəncə, Naftalan şəhərləri, Yevlax, Göygöl, Daşkəsən, Samux, Goranboy, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonları əhatə olunmaqla) Ombudsmanın regional mərkəzləri fəaliyyət göstərir. Struktur islahatları çərçivəsində, işğaldan azad edilmiş ərazilərimizi əhatə edən, Qarabağ adlı yeni regional mərkəzin yaradılmasını nəzərdə tutmuşuq.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Trend-ə müsahibəsində təsisatın qarşısında duran vəzifələrdən danışarkən belə deyib. O, həmçinin qeyd edib ki, hüquqi maarrifləndirmə fəaliyyətinin genişləndirilməsi, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlığın inkişaf etdirilməsi, Ombudsmanın fəaliyyətinə köməklik göstərmək məqsədilə Müvəkkilin yanında yeni tərkibdə Ekspertlər Şurasının yaradılması, beynəlxalq müqavilələrin monitorinqi və beynəlxalq hüquq normalarının milli səviyyədə implementasiyası prosesində yaxından iştirak edilməsi və yeni beynəlxalq sənədlərə qoşulmaqla bağlı təkliflərin hazırlanması nəzərdə tutdulan işlər siyahısındadır.

Oxşar xəbərlər