Bir qrup əcnəbi jurnalist Füzulidə, Şuşada və Ağdamda olub. APA-nın məlumatına görə, Heyətə İbrahim Tariq Alquays (“Ər-Riyad”, Səudiyyə Ərəbistanı Krallığı), Mansoor Şaker Mansoor Mohammed Ahmed Alsetri (“Əl-Əyyam”, Bəhreyn) , Unnikrishnan Puravangara (“The Daily Tribune”, Bəhreyn), Aşraf Abdulmonim Ahmed Aboarafe (“Əl-Diploması", Misir), Matz Muhy Abdulhamid Obada (“Dostluq” qəzeti, İraq), Çeikh Saleh (“Mavritaniya İnformasiya Agentliyi”), Khalid El Harrak (“Məğrib Ərəb İnformasiya Agentliyi” Mərakeş Krallığı) və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasından iki nəfər daxildir.
Səfər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xətti ilə ölkəmizə gəlmiş əcnəbi jurnalistlər Füzuli, Şuşa və Ağdamda gördükləri erməni vandallığını təmsil etdikləri qurumlarda işıqlandıracaqlar.