19.10.2024, 10:28
AZ EN
16.11.2023, 19:10 297

Şərurda şəhidlər memorial-abidə kompleksi inşa olunacaq

XƏBƏRLƏR
  • Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda şəhidlər memorial-abidə kompleksi inşa olunacaq.

Kompleksin layihəsi noyabrın 16-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə təqdim olunub.

Məlumat verilib ki, 1135 kvadratmetr ərazini əhatə edəcək kompleks üçün şəhər mərkəzində uyğun yer müəyyənləşdirilərək, qısa zamanda inşasına başlanılacaq. Kompleksin mərkəzində səkkizguşəli ulduz formasında abidə ucaldılacaq və ətrafında qövsvarı memorial lövhələr qurulacaq. Həmin lövhələrdə torpaqlarımızın azadlığı uğrunda şücaət göstərmiş qəhrəman Şərur şəhidlərinin fotoları və onlar haqqında məlumatlar öz əksini tapacaq.

Kompleksin ərazisi abadlaşdırılmaqla geniş yaşıllıqlar salınacaq. (Report)

Oxşar xəbərlər