Səyyar qəbulda rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak edib.
İcra başçısı Ramiz Həsənov tərəfindən vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən Zəngilan rayonunun Zəngilan şəhəri hazır olanda ilk köç siyahısına adlarının salınması, Zəngilan rayonuna qeydiyyata alınması, rayonda gedən tikinti-quruculuq işlərinin aparılması ilə bağlı məlumat verilməsi və maddi dəstəklə bağlı olub. Qaldırılan məsələlərin hər biri qeydə alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.
Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Mina RƏŞİD