Bu sözləri noyabrın 14-də Laçına yola düşən keçmiş məcburi köçkün, rayon sakini Səfər Əliyev deyib.
Hisslərini sözlərlə ifadə etməkdə çətinlik çəkdiyini deyən Laçın rayon sakini əlavə edib: “Bundan sonra doğma dədə-baba yurdumda yaşayıb, yaradacağam. Bu günləri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”. (AZƏRTAC)