25.04.2025, 12:24
AZ EN
02.11.2023, 15:50 293

Azər Qocayev Oğuz rayonunda səyyar qəbul keçirib

XƏBƏRLƏR
  • Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Oğuz rayonu, Calud-1 qəsəbəsi, Kəlbəcər rayon 95 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan kəlbəcərli sakinlər üçün səyyar-görüş qəbulunu keçirib.

RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin düşməni ağ bayraq qaldırmağa məcbur edən lokal antiterror əməliyyatından, eləcə də, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır.

Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən məsələləri RİH başçısının nəzərinə çatdırmışlar.

Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər