Bu sözləri oktyabrın 30-da Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə yola düşən Özal Həsənzadə müsahibəsində deyib.
Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyən Özal əlavə edib: "Şəhid və qazi analarının əllərindən öpürəm. Onların sayəsində bu günləri yaşayırıq".
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə də minnətdarlığını bildirən Özal Həsənzadə Böyük Qayıdış prosesinin çox mükəmməl şəkildə həyata keçirildiyini vurğulayıb. (AZƏRTAC)