Rayon İcra Hakimiyyəti başçısı aparatının və rayon sakinlərinin iştirak etdiyi səyyar görüşdə icra başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə ölkədə aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Qəbulda iştirak edən rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Mina RƏŞİD