24.04.2025, 20:08
AZ EN
27.10.2023, 12:11 345

Bu gün Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raketlə atəşə tutulmasından üç il keçir

XƏBƏRLƏR
  • Bu terror hadisəsi bir daha Ermənistanın işğalçı, terrorçu, uşaq qatili kimi barbar bir ölkə olduğunu təsdiqləyir.

2020-ci il oktyabrın 27-də düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Bundan əlavə, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər