23.12.2024, 13:01
AZ EN
17.10.2023, 11:54 267

Xankəndi 29 il əvvəl və indi - ermənilərin BAYRAQ YANĞISI

XƏBƏRLƏR
  • Sosial şəbəkələrin erməni seqmentində 29 il əvvəl Xankəndi şəhərinin mərkəzində - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binasında separatçıların qondarma simvollarının yerləşdirilməsini özündə əks etdirən fotolar yayılıb.

"Vətən səsi" xəbər verir ki, 1994-cü ildə çəkilmiş fotoda separatçıların qondarma “gerbi” və əski parçasının Xankəndi şəhərindəki inzibati binasının üzərinə vurulduğu əks olunur. "Artsakh_24” teleqram kanalı tərəfindən paylaşılan şəkildə o zaman separatçı-terrorçu rejimin başçısı olan Robert Köçəryan və "müdafiə naziri" Samvel Babayan qondarma simvolların vurulduğu binanın damında görünür. Yayılan məlumatda fotonun 1994-cü ilin mayında Bişkekdə "Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması haqqında” müqaviləninə imzalanmasından sonra çəkildiyi qeyd olunur. Həmin müqaviləyə Ermənistan tərəfindən "müdafiə naziri" kimi Samvel Babayanın qol çəkdiyi də vurğulanır.

"Artsakh_24” teleqram kanalı Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qarabağa səfər etdiyinə, qondarma rejimin Xankəndidəki "hökumət binası" qarşısındakı çıxışına, üçrəhgli bayrağımızı ucaltdığına da diqqət çəkib.

Elxan SALAHOV

Oxşar xəbərlər