Bu sözləri 30 illik erməni işğalından azad edilən Füzuliyə geri qayıdan Tünzalə Quluzadə deyib.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Füzuli sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə də minnətdarlığını bildirib.
On il bir sinifdə oxuduğu sinif yoldaşını 31 il sonra - bu gün Füzuliyə qayıdarkən görməsinin də sevincini yaşayan Tünzalə Quluzadə doğma yurda qayıtdıqdan sonra birlikdə qurub yaradacaqlarını bildirib. “Doğma yurdumuzda hər bir işi görməyə hazırıq. Uzun illərin həsrəti bitir. Füzulini yenidən qurub-yaradacağıq, əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik”, - deyə o qeyd edib. (AZƏRTAC)