Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Sədr bildirib ki, bu ilin ilk 4 ayı ərzində 2500 nəfərə işsizlikdən sığorta təyinatı olub: "Bu göstəricinin 10 minin üzərinə çatdırılması nəzərdə tutulub. Böyük qayıdış çərçivəsində azad olunan ərazilərdə işlə təminat məsələsinə baxılır. Qazilərin orada işə cəlbinə xüsusi önəm veriləcək. Qarabağda iş platforması hazırlanır".