27.07.2024, 09:59
AZ EN
18.09.2023, 17:20 373

Hərb həyatını seçən igid

XƏBƏRLƏR

Hüseyn Cəfər oğlu Cəfərli 13 dekabr 1992-ci ildə Cəlilabad şəhərində anadan olmuşdur. O, Cəlilabad şəhər 8 saylı tam orta məktəbi bitirmişdir. Sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Hərbi xidməti başa vuran Hüseyn MAHHXHQ kimi həyatını orduya bağlamışdır. Mütəmadi hərbi bilik və bacarıqlarını daim inkişaf etdirməsi onu igid bir insan kimi tanıtdırmışdır. Məhz elə ona görə də 44 günlük Vətən müharibəsində xüsusilə seçilənlərin arasında olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları verilmişdir. Qazimiz ailəlidir, II dərəcəli əlildir.

İsa MUSAYEV

Oxşar xəbərlər