24.04.2025, 21:35
AZ EN
17.09.2023, 15:17 278

Dövlət Komissiyası: İtkin düşmüş şəxslərin 80 faizinin ailəsindən DNT nümunələri toplanıb

XƏBƏRLƏR
  • "Qalıqların eyniləşdirilməsi vaxt tələb edən məsələdir".

Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bu proses uzun çəkə bilər: "Amma təcrübəli ekspertlər prosesə cəlb olunub. Vətəndaşlarımız çoxsaylı müraciətləri əsasında biz təhlillər aparırıq".

Qurum rəsmisinin sözlərinə görə, eyniləşdirilmə prosesi davamlıdır: "İtkin düşmüş şəxslərin 80 faizinin ailəsindən DNT nümunələri toplanıb. Bu, eyniləşdirmə üçün vacibdir". (Report)

Oxşar xəbərlər