20.09.2024, 13:37
AZ EN
14.09.2023, 14:03 211

"YAŞAT" Fondu tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlillərini mükafatlandırıb

XƏBƏRLƏR
  • "YAŞAT" Fondu tərəfindən bu il də ilk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlillərinə 2 min AZN pul mükafatı veriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Xalq qəzeti”nə verilən məlumata görə, bununla əlaqədar agentliyin sədri Ülvi Mehdiyev 2023-2024-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri ilə görüşüb.

Ülvi Mehdiyev onları bu əlamətdar hadisə münasibətilə təbrik edib, təhsil həyatlarında və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüş iştirakçılarına Fond tərəfindən təsis olunmuş 2 min AZN birdəfəlik pul mükafatının sertifikatları təqdim olunub. İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR