Hərbi təcrübəyə malik olan qəhrəmanımız Vətən müharibəsundə də ön cəbhədə döyüşürdü. Azad olunan əraziləri arxada qoyub irəlilədikcə qələbənin yaxınlaşdığını duyur, qürarlanaraq düşmənə aman vermirdi. Zəfərin bir addımlığında...
Şəhid Əliyev Maarif Təbriz oğlu 09 sentyabr 1994-cü ildə Neftçala rayonu Həsənabad qəsəbəsində anadan olmuşdur. Həsənabad qəsəbə tam orta məktəbini bitirmişdir. Maarif Əliyev 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak etmişdir.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Maarif Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Maarif Əliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 12 noyabr 2020-ci il tarixində Neftçala rayonu Mərkəzi qəbirstanlığında dəfn olunmuşdur.
Maarif Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur Döyüşçü", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və üçüncü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Allah şəhidimizə rəhmət eləsin.
Tahirə AĞAMİRZƏ