09.06.2025, 13:10
AZ EN
04.09.2023, 14:24 459

Ədəbiyyatımız Şanlı Zəfərimizə layiq olmalıdır

XƏBƏRLƏR
  • Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumu artıq başa çatdı. Forum ilk gününə Şamaxıdan start götürdü və növbəti iki gün Bakıda, “Gülüstan” sarayında davam elədi. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil edilən Forumun panel iclaslarında Mədəniyyət Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, elm, ədəbiyyat, mədəniyyət xadimləri və digər qonaqlar iştirak etdilər.

Üç gün davam edən Forumda dilimizin inkişafında müstəsna rolu olan ədəbiyyatımızdan danışıldı, bu istiqamətdə fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi. Mütəxəsislərin də qeyd etdiyi kimi bütün çıxışlar, səslənən fikirlər uşaq ədəbiyyatının üzərinə işıq saldı. Çünki uşaq ədəbiyyatı öz vacibliyi ilə ümumi ədəbiyyatımızın strateji  sahəsidir. Necə ki, bir binanın özülü olduğu kimi gələcək nəslimiz də möhkəm təməl üzərində inkişaf etməli və böyüməlidir. Buna görə də, uşaq ədəbiyyatına diqqət hər kəsin maraq dairəsinə çevrilməlidir.

Dərs yükünün ağırlığı uşaqların mütaliəsinə imkan vermir

Ədəbiyyatşünas alim, tənqidçi Elnarə Akimova televiziyalarımıza müsahibəsində bildirdi ki, bu gün dərs yükünün ağırlığı uşaqların əlavə mütaliə etməsinə imkan vermir. Nəticədə mütaliə etməyən uşağın xəyal dünyası, dil çevrəsi qapanır. Bu gün biz belə uşaqlarla, nəsillə sabahımızı necə quracağıq? Bizim problemimiz budur və ona görə bura toplaşmışıq. Elə bu baxımdan mən bu forumu “SOS” siqnalı kimi qəbul edirəm.

Elnarə xanım Uşaq ədəbiyyatı ilə bağlı panel iclasda da onu söylədi ki, bu sahədə çalışmaq, yəni uşaqlar üçün yazmaq milli təəssübkeşlik tələb edir.     

Yazıçı, uşaq ədəbiyyatımızın parlaq nümayəndələrindən olan Sevinc Nuruqızı  “Vətən səsi” saytına bildirdi ki, uşaq ədəbiyyatı təməldi, bünövrədi və cəmiyyət onun üzərində qurulur. Buna görə də cəmiyyətin sivillik göstəricisi uşaq ədəbiyyatı ilə ölçülür. Məsələn, Skandinaviya ölkələrində uşaqların mənəvi dünyasının formalaşmasında, onların asudə vaxtlarının səmərəli keçirilməsində uşaq ədəbiyytatına xüsusi önəm verilir. Ona görə də bu ölkələr tərəqiyyə doğru gedir həmişə. Əbəs yerə demirlər ki, harada uşaqlar, qocalar xoşbəxdir o ölkə xoşbəxtlər diyarı sayılır.

Xalq şairi Ramiz Rövşənin təbirincə desək, olduqca canlı keçən Azəbaycan Dili və Ədəbiyyatı Forumundan illərlə kitabları çap edilməyən uşaq müəllifləri də nikbinliklə ayrıldılar. Belə ki, “Təhsil” nəşriyyatının direktoru Tural Axundovdan bir neçə uşaq yazıçısının kitabının tezliklə çap ediləcəyi müjdəsini aldılar.       

Ədəbiyyatımız Şanlı Zəfərimizə layiq olmalıdır

İstedadlı yazıçı Şərif Ağayar televiziyalarımıza müsahibəsində deyir ki, 44 günlük Vətən müharibəsi bizə böyük nemət bəxş edib və biz qalib ölkənin yazıçısı olmuşuq. Bu komplekslərdən uzaq olmaq deməkdi, yazılarımızda, ədəbiyyatımızda müharibəylə rahat rəftar eləmək deməkdi. Bu möhtəşəm Qələbə içimizdə mənəvi bir böyüklük yaradıb.

Şair, tərcüməçi Qismət Rüstəmovun da bu günkü ədəbiyyatımıza yanaşması maraqlı oldu. O, müsahibəsində deyir ki, 44 günlük Vətən savaşında qazandığımız qələbədə vətənpərvərlik, milli ruhla bərabər müasir texnika da iştirak elədi. İndi mədəniyyətimizin də qarşısında duran əsas vəzifə odur ki, necə o “Ağıllı kənd” kimi, dördüncü nəsil texnika kimi ədəbiyyatımızı da o mərhələyə keçirməliyik. Buna görə də, məqsəd sınaqdan çıxmış beynəlxalq mədəni uğurlu variantı Azərbaycana gətirmək və onun ətrafında müzakirələr aparmaqdı.

Yazıçı, şair Aqşin Yenisey öz müsahibəsində mədəni inqilabdan danışdı. Dedi ki, Prezidentimiz İlham Əliyev də indi 4-cü sənaye inqilabından danışır və bu dünyada gerçəkləşmiş elmi texnoloji inqilabdı. Biz də bu çağa yetişməkdən ötrü ədəbiyyatımızda, mədəniyyətimizdə yeniliklər etməliyik. Bu yeniliklər isə xüsusilə dil vasitəsilə həyata keçirilir. Biz müasir çağın elementlərini dilimizə gətirməliyik və mədəniyyətimizə hodurmalıyıq.

Hər ölkədə dilimizi öyrənmək arzusunda olanlar var

Millət vəkili Qənirə Paşayeva müsahibəsində söyləyir ki, yaxın gələcəkdə bir çox dillərin ömrü sona çatacaq. Ona görə də biz öz dilimzi daha möhkəm qorumalıyıq və  təbliğ etməliyik. Çünki bu dil 60 milyonluq bir xalqın Ana dilidir.     

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər