22.11.2024, 19:24
AZ EN
20.07.2023, 16:49 301

Laçın sakinlərinin növbəti qəbulu Nərimanov rayonunda keçirilib

XƏBƏRLƏR
  • Bu gün Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı keçmiş məcburi köçkünlərlə növbəti səyyar qəbulu Bakı şəhəri, Nərimanov rayonunda keçirilib.

25 nəfər sakinin iştirak etdiyi səyyar qəbulda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.

Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak ediblər.

Səyyar qəbulda iştirak edən Laçın rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, quruculuq işlərinə, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər