21.11.2024, 23:21
AZ EN
28.08.2023, 11:51 232

Məcburi köçkün minnətdarlıq edir

XƏBƏRLƏR
  • Müsbət, insani keyfiyyətləri ilə diqqətçəkən Rövşən həkim xəstələrinə daim həssas yanaşaraq, onların əhval-ruhiyyəsinin yüksək olmasına, həyata bağlanmasına, tam sağalacağına əminlik ifadə edir.

Bu günlərdə ağır baş-beyin əməliyyatı keçirən Qubadlı rayonundan keçmiş məcburi köçkün Tərbiyə Qədimova neyrocərrah Rövşən Bağırovun bacarığı, şəfalı əlləri sayəsində həyata yenidən qayıdıb. O, Rövşən həkimə dərin minnətdarlığını bildirərək deyir: "Əməliyyatdan əvvəl mən ölümü gördüm, vəziyyətim çox ağır idi, yaşayacağıma ümidim yox idi, inanmırdım ki, yenidən əvvəlki sağlam vəziyyətimə qayıda bilərəm. Bircə niskilim vardı ki, 30-ə yaxın bir müddətdə doğma Vətən həsrəti ilə yaşayırdım. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi... Belə bir vaxtda ağır xəstələnməyim, doğma yurduma qayıda bilməyəcəyim məni məyus etmişdi. Amma tale elə gətirdi ki, qarşıma Rövşən Bağırov kimi neyrocərrah çıxdı və onun sayəsində mən əvvəlki həyatıma döndüm. İndi doğma Qubadlıma qayıdacağıma inamım yüksəkdir".

O, əlavə etdi ki, tanıdığım bir neçə keçmiş məcburi köçkün də məhz Rövşən həkimin sayəsində sağalıb və hamı ona minnətdarlığını bildirir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər