- Doğma torpaqlarımızın işğalı yurddaşlarımızın, xüsusilə də, yaşlı nəslin nümayəndələri olan nənə-babalarımızın belini bükdü, onlar illərlə bu həsrətlə yaşadılar. Bu dərddən dünyadan köçənlərimiz çox oldu. Onlara 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin sevinci qismət olmadı. Amma Kəlbəcər sakini Eldar Hüseynov indi xoşbəxdir ki, otuz ildən sonra doğma yurduna qovuşub.
Modern.az-ın məlumatına görə, 82 yaşlı Eldar Hüseynov doğulduğu Kəlbəcər rayonunun Günəşli kəndinə gedib.
Qeyd edək ki, Kəlbəcərin Günəşli kəndi 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Kənd 2020-ci il noyabrın 25-də azad olunub.
Mina RƏŞİD