16.12.2024, 01:23
AZ EN
09.08.2023, 12:39 313

"Xocalı Soyqırımını Tanıtma" İB-nə yeni sədr təyin edildi

XƏBƏRLƏR
  • "Heydər Əliyev İli" çərçivəsində xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "Heydər Əliyev və vətəndaş cəmiyyəti institunun formalaşdırılması" mövzusunda dəyirmi masa keçirilib. 

Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, rayon icra hakimiyyəti yanında ictimai şuranın üzvləri, QHT sədrləri və ictimai fəal gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə qəsəbədə ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzdülər.

Xocalı rayon Mədəniyyət Evində davam edən tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə mövzu ətrafında çıxışlarla yanaşı, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinə yeni sədr təyin olunmuş Xocalı soyqırımı şəhidi Məmmədov Vasif Salman oğlunun həyat yoldaşı Ceyran Əzizovanın və İctimai Birlik üzvlərinin rayon ictimaiyyətinə təqdimatı da oldu.

Lamiyə Qarayeva çıxışında bildirdi ki, Ulu öndərin dövlətçilik fəlsəfəsində təkcə dövlət strukturlarının gücünə deyil, həm də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verilmişdir. Bu iki prinsip vəhdət halında Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında həlledici amillərdən olmuşdur. 2000-ci ildə QHT-lər, ictimai birliklər və fondlar haqqında MDB məkanında ilk qanunun qəbul olunması, ondan əvvəl 1999-cu ildə Milli QHT Forumunun yaranması və s məsələlərlə Ulu öndər bilavasitə Azərbaycanda vətəndaş cəmiyyətinin təməlinin qoyulmasında çox böyük bir rol oynadı. Eyni zamanda da ölkə prezidenti İlham Əliyev də o siyasəti çox uğurla davam etdirdi və 2003-cü ildə prezident seçiləndən sonra 2007-ci ildə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyası qəbul olundu.

Tədbirdə çıxış edən natiqlər erməni təcavüzkarlarının Xocalıda törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin fəaliyyətini müsbət qiymətləndirdilər. Qeyd olundu ki, İctimai Birlik indiyədək Türkiyənin bir çox şəhərlərində Xocalı soyqırımı abidələrinin və parkların salınmasının təşəbbüskarı olub. Bundan sonra da müxtəlif ölkələrdə təbliğat xarakterli tədbirlərin keçirilməsi vacibdir. Ceyran Əzizovaya məsuliyyətli vəzifəsində uğurlar arzu edən tədbir iştirakçıları bu yolda hər kəsin əl-ələ verərək İctimai Birliyin fəaliyyətinə töhfə verməsinin vacib olduğunu diqqətə çatdırdılar. 

Çıxışlarda "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin rus, ingilis dillərində saytının və Xocalı soyqırımı şahidlərininin ifadələrinin işıqlandırılacağı internet televiziyasının hazırlanması təklifi də səsləndirildi. 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər