20.09.2024, 07:52
AZ EN
01.04.2024, 11:00 246

Əbədiyaşar qəhrəman

XƏBƏRLƏR
  • 1 aprel Vətən müharibəsi şəhidi Mürşüd Əhmədzadənin doğum günüdür. Yaşasaydı, Mürşüdün 24 yaşı olacaqdı...

44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşərək şəhid olan igidlərimizdən biri də Əhmədzadə Mürşüd Müdahil oğludur. Mürşüd 2000-ci il aprelin 1-də Evoğlu kəndində anadan olub. O, ata nənəsi Çiçəyin himayəsində böyüyüb.

Mürşüd doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra həmyaşıdları kimi Vətənə borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanıb. Bakı şəhərində ədliyyə bölməsində xidmətini başa vurduqdan sonra doğma kəndinə, nənəsinin yanına qayıdıb. Amma uşaqlıqdan hərbçi olmaq və Qarabağın düşmən tapdağından azad edilməsində iştirak etmək arzusunu reallaşdırmaq üçün bir müddət sonra yenidən müddətdən artıq hərbi xidmət qulluqçusu olmaq qərarına gəlib. O, 2020-ci il sentyabr ayının 8-də Goranboy rayonundakı hərbi hissənin tərkibində müddətdən artıq xidmətə qəbul edilib.

Xidmət etdiyi hərbi hissə mənfur ermənilərin atəşkəsi pozmalarının tez-tez şahidi olurdu. Vətən müharibəsi başlayanda Mürşüdün xidmət etdiyi batalyonun bölmələri Goranboy tərəfdən Ağdərə,Suqovuşan, Çaylı istiqamətində hücuma keçib.Düşmənin atdığı raket və top mərmiləri Mürşüdün yaşadığı Evoğlu kəndinə də düşürdü. Bu isə Mürşüdü çox narahat edirdi. Ona görə də sentyabrın 30-da nənəsi və bacısı ilə telefonla danışaraq özlərindən muğayat olmalarını tapşırıb.

Nənəsi Çiçək xanım deyir ki, Mürşüdlə axırıncı dəfə 30 sentyabrda danışıb: "Həmin vaxtdan 54 gün sonra onun nəşi gətirildi. Noyabrın 27-də kənd qəbristanlğında dəfn edildi. Mürşüdlə birgə vuruşan yoldaşları deyirlər ki, o, xeyli erməni postlarının alınmasında şücaət göstərib".

Əsgər Mürşüd Əhmədzadə 2020-ci il oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

2020-ci il oktyabrın 6-da şəhid olan Əhmədzadə Mürşüd Müdahil oğlu ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” "Suqovuşanın azad olunmasına görə",  və “Cəsur döyüşçü” medallarıyla təltif edilib.

Azərbaycanın Şanlı ordusu həm Mürşüd kimi canını Vətən uğrunda fəda edən qəhrəman  oğullarımızın qisasını aldı, həm də bütöv Qarabağı düşmən daptağından təmizlədi. İndi bütün şəhidlərimizin ruhları şaddır və azad Qarabağ səmasında dolanır...

Allah şəhidimizə rəhmət eləsin.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR