- 73 yaşındayam, həsrətlə bu günləri gözləyirdim ki, Laçın qayıdım. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Artıq Laçın azaddır. Bu gün də biz doğulub boya-başa çatdığımız yerlərə- Laçına qayıdırıq.
Bu sözləri Laçına köçən şəhər sakin Arif Paşayev söyləyib.
Doğma yurduna köçdüyü üçün sevincinin həddi-hüdudu olmadığını deyən A. Paşayev bildirib ki, işğaldan sonra ilk dəfə Laçına gedəcək. (AZƏRTAC)