05.02.2025, 18:05
AZ EN
03.08.2023, 15:59 254

QHT sədri: Ermənistandan tələb edirik ki, kütləvi məzarlıqların yerləri barədə məlumat versin

XƏBƏRLƏR
  • Bizim birliyimizdə 3890 Qarabağ itkininin ailəsi birləşib. Bu gün həmin ailələrin adından Birləşmiş Millətlər Təşkilatına müraciət etdik.

Bunu “Qarabağ itkin ailələri” İctimai Birliyinin sədri Könül Behbudova deyib.

O bildirib ki, itkin düşən şəxslərin aqibəti haqqında məlumat almaq istəyirlər və Ermənistan törətdiyi bütün cinayətlərə görə cavab verməlidir:

“30 ildir bizim gözləri yolda qalan ata-analarımız övladlarının şəkillərini bağırlarına basaraq dünyasını dəyişiblər. 30 ildir böyüyən övladlar itkin düşən valideynlərinin şəkilləri ilə ovunublar. Mən özüm itkin bacısıyam. Valideynlərim övladlarının yolunu gözləyirlər. Tələb edirik ki, Ermənistan naməlum qəbirlərin, kütləvi məzarlıqların yerləri barədə Azərbaycan tərəfinə məlumat versin. Bu gün sağ qalan valideynlərin övladlarının harada basdırıldığını bilmək, onların qalıqlarını almaq təbii haqlarıdır”. (APA)

Oxşar xəbərlər