20.06.2025, 14:57
AZ EN
22.05.2022, 07:40 473

İki Bayraktar Akıncı PUA-sı 2 min kilometr qət edərək Bakıya gəlib

XƏBƏRLƏR
  • “TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək iki Bayraktar Akıncı pilotsuz uçuş aparatı uzun uçuşdan sonra Azərbaycana gəlib.

Festivala qatılmaq üçün mayın 21-i səhər saatlarında Çorludan havaya qalxan birinci Bayraktar Akıncı Türkiyə hava məkanını keçdikdən sonra uçuşunu Gürcüstan üzərində davam etdirib. Gürcüstandan keçərək Azərbaycan hava məkanına daxil olan Akıncı təxminən 5 saata Bakıya çatıb.

Günorta saatlarında yola çıxan ikinci Akıncı da eyni marşrutu izləyib və təxminən 2000 kilometrlik uçuşu uğurla başa vurub.

Uçuşlarını uğurla başa vuran Bayraktar Akıncı PUA-ları Heydər Əliyev Beynəlxalq Hava Limanına enərək tarixi səyahətini başa vurub.

Oxşar xəbərlər