21.09.2024, 21:52
AZ EN
28.07.2023, 15:04 298

“YAŞAT” düşərgəsinin ikinci həftəsi başa çatıb

XƏBƏRLƏR
  • “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən 3-cü “YAŞAT” düşərgəsində bir sıra maraqlı tədbirlər təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ikinci həftənin 5-ci günündə uşaqların idman və hovuz saatları, eləcə də psixoloqlarla görüşləri keçirilib. Həmçinin iştirakçılar “Bilim Bakı” mərkəzi tərəfindən təşkil olunan dizayn laboratoriyasında yeni məlumatlar əldə ediblər.

Azərbaycanın voleybol üzrə kişilərdən ibarət milli yığma komandasının üzvləri uşaqlarla həmin idman növünün özəllikləri barədə təcrübələrini paylaşıblar.

Bağlanış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov uşaqlarla görüşüb, onlara sertifikatlarını və müxtəlif hədiyyələrini təqdim edib.

Bununla da düşərgənin ikinci həftəsinə yekun vurulub.

Düşərgənin tərəfdaşları “PMD Hospitality” şirkəti, “Shamakhi Palace Sharadil” hoteli, baş sponsor Bakcell, sponsorlar: “Nar”, “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi, media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radiodur. (AZƏRTAC)

Oxşar xəbərlər