20.10.2024, 01:49
AZ EN
28.07.2023, 08:25 204

Töhrit Novruzov: Çox şükür indi vətənimizə, el-obamıza qayıdırıq

XƏBƏRLƏR
  • Çox şükür indi vətənimizə, el-obamıza qayıdırıq. Çox sevincliyik. Laçın azad olunduqdan sonra bu qədər tez oraya köçəcəyimizə inanmırdıq.

Bu sözləri Laçın rayon sakini Töhrit Novruzov deyib.

Müsahib qeyd edib ki, şəhidlərimizin, qazilərimizin sayəsində vətənimizin bütövlüyü bərpa edilib: “İllər sonra yenidən Laçınımı gəzə biləcəyəm. Yaşıl meşələri, uca dağları üçün çox darıxmışam. Cavan yaşlarımda o gözəl diyarı tərk etməyə məcbur qalmışdım. İndi ailəmlə oraya çatmaq üçün səbrsizlənirik. Laçında təsərrüfatla məşğul olmaq, onu inkişaf etdirmək niyyətindəyik”. (AZƏRTAC)

Oxşar xəbərlər