23.06.2025, 15:15
AZ EN
06.05.2022, 07:25 613

Təmizlik-abadlıq işləri aparılır

XƏBƏRLƏR
  • Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın müxtəlif yerlərində məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərində yaz fəsli ilə əlaqədar təmizlik-abadlıq işləri aparılır. Bunlardan bir neçəsində aparılan işlərlə yerində tanış olduq.

“Masazır” mənzil-kommunal istismar sahəsinin (MKİS) rəisi Pərviz Həsənov bildirdi ki, bu ilin birinci rübündə, qış fəslində heç bir problemlə üzləşmədik. İstilik sistemləri, qaz, işıq, içməli su və s. normal fəaliyyət göstərdi. İndi isə artıq havalar xeyli isinib, yeni ağaclar əkilib, suvarma işləri, ağacların dibinin bellənməsi kimi işlər davam etdirilir. Qəsəbədə həyat öz axarında davam edir, təmizlik işlərinə xüsusi diqqət yetirilir. Demək olar ki, hər gün zibillər daşınır, ərazi səliqə-sahmana salınır.

“Sumqayıt stansiyası” MKİS-nin rəisi Rafiq Məmmədov görülmüş və görüləcək işlər barədə qeyd etdi ki, burada mərkəzləşdirilmiş istilik sistemi normal olaraq evləri, məktəbləri, həmçinin digər aidiyyatı binaları istiliklə təmin edib. Ötən müddət ərzində əhali arasında narazılıq halları olmayıb. Qaz, su, suvarma su xətləri, asfalt örtüyü də normal vəziyyətdədir. Burada həmçinin lift xidməti də öz işini lazımi səviyyədə yerinə yetirir.  Hazırda bütün bu xidmətlərlə yanaşı ağacların suvarılması, diblərinin yumşaldılması, əhənglənməsi, alaq otlarının təmizlənməsi davam etdirilir. Küçələr təmiz saxlanılır, gecələr işıqlandırılır, zibil tullantıları vaxtında daşınır.

“Müşfiqabad” MKİS-nin rəisi Elşad Mirzəyev də görülən işlər barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, qəsəbədə 24 bina, 1680 mənzil var. Həmçinin 24 hektarlıq ərazidə 3 hektarlıq park, 3 musiqi məktəbi, 4 tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, yanğınsön­dürmə məntəqəsi fəaliyyət göstərir. Demək olar ki, indi artıq baharın ən yaxşı dövrünü yaşayırıq, çalışırıq ki, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirək. Bunun üçün bütün işçilər öz məsuliyyətini yaxşı dərk edərək mövsümə aid olan işləri həyata keçirirlər. Park və həyətlərdə təmizlik işləri davam etdirilir, ağacların gövdələrinə, səkinin kənarlarına əhəng çəkilir, yaşıllıqlar və ağaclar suvarılır. Ərazimizdə bir neçə “Şəhid bulağı” və Vətən Müharibəsi şəhidlərinin portretləri var. Ümumiyyətlə, keçmiş məcburi köçkün sakinlər xidmətimizdən narazı deyillər.

Onu da qeyd edək ki, məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin sakinləri doğma yurda qayıtdıqdan sonra da rahat şəraitlə təmin olunacaqlar. Dövlə­timizin başçısı öz çıxışlarında bunu dəfələrləbəyan edib.

İsa MUSAYEV

Oxşar xəbərlər