Görüşdə rayon rəhbəri Azərbaycan Prezidentinin ölkənin xarici siyasətdə göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. RİH başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əsas məqsədi əhali ilə daha sıx təmasda olmaqla insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.
Səyyar görüşdə vətəndaşların müraciətləri dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq həlli istiqamətində yerində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən rayon sakinləri ölkədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, onlara yaradılan şəraitə görə məmnun qaldıqlarını bidiriblər.
Hazırladı: Mina RƏŞİD