Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Elnur Abbaslı ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Elnur Abbaslı ailəli idi. Bir oğlu və bir qızı Vətənə yadigar qalıb.
Atası deyir ki, sentyabrın 31-də evə zəng elədi, dedi meşədəyik, üşüyürəm, gəlib jaketimi götürüm, həm də sizi görüm. Ailəsini də bizə gətirdi. Mənimlə görüşüb getdi. Sonra qapıdan bir də geri qayıtdı və təzədən görüşdü. Yoldaşından soruşdum səbəbini... Sonra başa düşdüm ki, bizimlə halallaşırmış. Oktyabrın 3-də axşam saatlarında şəhid oldu. Biz hamımız onunla fəxr edirik...
Onu da qeyd edək ki, Şəhidimiz ailəli idi. Onun bir oğul və bir qız övladı Vətən əmanət qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Şəhidim.
Mina RƏŞİD